E-mail marketinqi biznesinizə necə kömək edə bilər?

E-mail Marketinq
E-mail Marketinq — Elektron poçt vasitəsilə məhsul və xidmətlərin tanıdılmasıdır. Bu alət rəqəmsal reklamda ən təsirli vasitələrdən biridir, müştərilərlə birbaşa əlaqə qurmağa və onların biznes üçün uzunmüddətli dəyərini artırmağa imkan verir.
  • Məhsul satışı və əlavə satışlar
    Reklam email göndərişləri vasitəsilə müştəriləri aksiyalar, endirimlər, yeni məhsulların buraxılışı və ya yeni mağazaların açılması barədə məlumatlandırmaq mümkündür.Tranzaksiya və triqer məktubları müştərini hər addımda müşayiət edərək, alış-verişləri stimullaşdırır və onu təkrar sifarişlər üçün geri çağırır.
  • Müştəri bağlılığının gücləndirilməsi
    Kontent, əyləncəli və xəbər məktubları faydalı məlumat paylaşmağa, brend dəyərlərini göstərməyə və ya müştəriləri bayram münasibətilə təbrik etməyə imkan verir. Belə kommunikasiyalar müsbət emosiyalar yaradır və brendinizə etibarı möhkəmləndirir.
  • Müştərilərlə kommunikasiya proseslərinin avtomatlaşdırılması
    Email marketinq müştərilərlə qarşılıqlı əlaqəni avtomatlaşdırmağa imkan verir, marketoloqları rutin tapşırıqlardan azad edir. İstifadəçilərin hərəkətlərinə (məsələn, qeydiyyat və ya tərk edilmiş səbət) cavab olaraq göndərilən triger məktubları əlaqəni saxlamağa və növbəti addımlara təkan verməyə kömək edir.
BİZ NECƏ İŞLƏYİRİK?
Biznesİnİz üçün effektİv email marketİnq strategiyaları yaradırıq. Satışları artırmaq və brendİnİzə olan etİbarı güclənDİrmək üçün kompleks yanaşma tətbİq edİrİk.
CRM, ESP və CDP proqram təminatları ilə əməkdaşlıq edirik
Bütün növ e-mail göndərişləri
  • Mütəmadi göndərişlər
    Kontent, xəbər, situasiya məktubları, eləcə də promosiyalar və xüsusi təkliflər müştərilərin marağını saxlamaq və alış-verişi stimullaşdırmaq üçün göndərilir.
  • Triqer göndərişləri
    Təbriklər, tərk edilmiş səbət haqqında xatırlatmalar, məhsulların gəlməsi haqqında bildirişlər, çeşidin yenilənməsi, fərdiləşdirilmiş tövsiyələr istifadəçilərin iştirakını artırmaq üçün göndərilir.
  • Zəncirvari məktublar
    Vebinarlar, gamifictaion və aksiyalar üçün avtomatik məktub ardıcıllıqları istifadə edilərək təşkil edilir.
  • Xidmət və tranzaksiya məktubları
    Qeydiyyatla əlaqəli mesajlar, sifarişlərin statusu barədə bildirişlər, hesab məlumatlarının dəyişdirilməsi və şəxsi kabinetdəki bütün əməliyyatlarla bağlı bildirişlər.
  • Məktublar üçün master şablonlar
    Ümumi məktub sistemləri hazırlayırıq ki, bu da brendinizin email göndərişləri üçün xərcləri azaldacaq və məktubların yaradılma prosesini sürətləndirəcək.
  • AMP məktubları və oyun mexanikası
    Paylaşımlara interaktiv elementlər əlavə edirik, beləliklə onları daha əlverişli, əyləncəli və istifadəçilərin iştirakını artıran edirik.
  • Analitika xidmətləri
    Kampaniyaların effektivliyini PBI, GDS, Tableau kimi alətlər və ya ESP/CDP daxilindəki analitika modulları ilə analiz edirik. Detallı hesabatlar hazırlayır, nəticələri təhlil edir və nəticələri təkmilləşdirmək üçün tövsiyələr təqdim edirik..
  • Kaskad kommunikasiya
    Mesajların uğurla çatdırılmasını təmin etmək üçün SMS göndərişləri və mesajlaşma kanalları (WhatsApp, Viber, Telegram) istifadə edərək kompleks auditoriya əhatəsi yaradırıq.